Rəsmi Moskva Rusiya Federal Məclisi nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səlahiyyətləri tam bərpa olunana qədər Avropa Şurasına 2017-ci il üçün ianə ödənişini dayandırmaq qərarına gəlib.
Bu barədə Rusiya XİN-in saytında dərc edilən məlumatda deyilir.
XİN-dən bildirilib ki, Rusiya heç nəyə baxmayaraq, Avropa Şurasında tam qaydada işini, o cümlədən iştirak etdiyi Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirməyə sadiqdir.
