Rusiyanın “Azimut” aviaşirkəti mayın 9-dan etibarən Soçidən Azərbaycanın paytaxtı Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.

Aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə günləri cədvəl üzrə həyata keçiriləcək:

Soçidən (yerli vaxtla) uçuş saat 01:00-da, Bakıya eniş saat 03:50-də, əks istiqamətdə - Bakıdan uçuş saat 04:20-də, Soçiyə eniş saat 05:20-də baş tutacaq.

Bundan əlavə, aviaşirkət iyun ayından etibarən Soçidən Bakıya uçuşların tezliyini artırmağı planlaşdırır. Hazırda Azərbaycanın paytaxtına uçuşlar Mineralnıye Vodıdan həyata keçirilir.

.