Rusiyanın “İrAero” aviaşirkəti mayın 20-də Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə uçuşlara başlayacaq.

Aviaşirkətin yaydığı məlumata görə , uçuşlar cümə günləri “Sukhoi Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Novosibirskdən yola düşmə saat 13:00-da, Azərbaycanın paytaxtına çatma saat 14:20-də. Heydər Əliyev Hava Limanından geri dönüş reysi həmin gün saat 15:20-də, “Tolmaçevoya”ya eniş saat 22:20-də.

Bir tərəfli biletin qiyməti 27,6 min rubldan (692 manatdan) başlayır.

.