Rusiya tərəfi Moskvada işləyən 90-a yaxın alman diplomatın 34-nü ölkədən çıxarır.

Bu barədə şənbə günü “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

***

Rusiya Almaniyanın 20-dən çox diplomatını ölkədən çıxarır.

TASS xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu, Almaniyanın rus diplomatlarını ölkədən çıxarmasına cavabdır.

Xatırladaq ki, rəsmi Berlin Rusiya diplomatlarının Almaniyadan kütləvi şəkildə çıxarılması ilə bağlı qərar qəbul edib.

.