Rusiya ilə ABŞ arasında Suriyada terrora qarşı aparılan hərbi mübarizə razılaşması pozulub.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Suriyə təyyarəsinin ölkənin hava məkanında məhv edilməsi onun müstəqilliyinin kobud şəkildə pozulmasıdır.

Rusiya ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyaya məxsus hərbi təyyarəni vurması ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
ABŞ tərəfi isə iddia edir ki, "Su-22" təyyarəsi "Suriya Demokratik Qüvvələri”nin mövqelərinə zərbə endirərkən Tabka rayonunun cənubunda ABŞ-ın "F/A-18E Super Hornet" qırıcısı tərəfindən vurulub.
Rusyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bu hadisəni narahatlıqla qarşıladığını deyib:
"Suriya ordusuna qarşı bu hücum təhlükəli gərginliyi artıracaq. Vaşinqtonu gələcəkdə bu kimi üsulları istifadə etmə məsələsində diqqətli olmağa çağırırıq".
Ryabkov çıxışında onu da qeyd edib ki, bu, təcavüzkar bir aksiya, beynəlxalq hüququn birbaşa pozulması deməkdir:
"Bu addım terrorla mübarizə siyasəti yeritdiyini bildirən ABŞ-ın onunla döyüşən terrorçulara köməyidir".
.