Bura əvvəllər də gəlmişəm. Qarabağ bölgəsini yaxşı tanıyıram. Burada ezamiyyətlərdə çox olmuşam. Laçın-Xankəndi yolundan da çox keçmişəm. Ermənilərin etdikləri düzgün deyil.

Bu sözləri Azərbaycan Rus İcmasının nümayəndəsi, 79 yaşlı Jvanenko İvan Maksimoviç deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə yerli ermənilərə müraciət edərək onların bu ərazilərdə Azərbaycan vətəndaşı kimi yaşaya biləcəklərini, bütün sosial və digər təminatlardan faydalana biləcəklərini bəyan edib.

“Vardanyan kimilər isə hadisələri qəsdən qızışdırırlar. Rusiyadan gəlib burada iğtişaş salmaq istəyir. Bizim torpaqlarımızdan qızıl çıxararaq istismar edirlər. Bu, düzgün addım deyil. Vardanyan qayıtsın əvvəllər vətəndaşı olduğu Rusiyada yaşasın. Onun kimilər yerli ermənilərə düzgün istiqamət vermirlər. Biz televiziya və radio vasitəsilə yerli ermənilərə vəziyyəti izah etməliyik. Onlar başa düşməlidirlər ki, Azərbaycan vətəndaşı kimi daha rahat yaşayacaqlar”.

Azərbaycan Rus İcmasının nümayəndəsi qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı ekologiyanı qorumalıdır: “Ağaclarımız kəsilir, torpaqlarımız, faydalı qazıntılarımız istismar edilir. Biz buna etiraz edirik. Bu aksiya tələblər yerinə yetənə qədər davam etməlidir”.

.