Rumıniyada NATO-nun böyük aviabazası açılıb.

BBC verdiyi xəbərə görə, Mihail Kogalniceanu aviabazası adını 19-cu əsrin liberal siyasətçisinin adını daşıyan yaxınlıqdakı kənddən götürüb.

Mihail Kogalniceanu aviabazasının Almaniyadakı Ramşteyin bazasından daha böyük hərbi bazaya çevriləcəyi gözlənilir. Bazada tezliklə Rumıniyanın Norveçdən bu yaxınlarda aldığı “F-16” döyüş təyyarələri eskadrilyası, həmçinin “MQ-9 Reaper” pilotsuz təyyarələri, o cümlədən NATO Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin 32 ölkədən olan hərbçilərinin yerləşəcəyi şəhərcik olacaq.

Baza Qara dəniz sahilindən cəmi 20 km, Odessadan 300 km və Sevastopoldan 400 km məsafədə yerləşir.
 

.