Bolqarıstanda bülletenlərin 100%-nin sayımından sonra keçmiş prezident Rumen Radevin "Proqressiv Bolqarıstan" partiyası ölkədə keçirilən növbədənkənar parlament seçkilərində seçici səslərinin 44,5%-ni toplayıb.
Bolqarıstan mediası xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasından bildirilib.
Məlumata görə, Rumen Radevin partiyası parlament seçkilərində ən çox səs toplayıb.
Keçmiş baş nazir Boyko Borisovun "Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda" partiyası 13,3%, "Dəyişikliklər üçün - Demokratik Bolqarıstan" Avropa yönümlü koalisiyası isə 12,6% səs alıb.
Xatırladaq ki, aprelin 19-da Bolqarıstanda 2021-ci ildən bəri parlamentdə səkkizinci seçkilər keçirilib. Rumen Radev 2017-ci ilin yanvar ayından Bolqarıstanın prezidenti vəzifəsini tuturdu. 2026-cı ilin yanvar ayında o, parlament seçkilərində iştirak etmək üçün bu vəzifəni tərk etdi.
.
