Qəzzaya beynəlxalq qüvvələrin yerləşdirilməsi üçün BMT çərçivəsində mexanizm yaradacağıq.

Bunu ABŞ dövlət katibi Marko Rubio İsraildə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda bir çox ölkələr bu layihədə iştirak etmək istəyir, lakin bunun BMT ilə koordinasiyada olmaması ucbatından, həmin ölkələr Qəzzaya öz qüvvələrini yerləşdirə bilmdirlər.

Rubio İsrailin indiyə qədər razılaşma daxilində öz öhdəliklərinə əməl etdiyini bildirib.

“Qəzza ilə bağlı B planı yoxdur. Bu yeganə plandır. Bu planın uğur qazanacağını düşünürük” Rubio qeyd edib.

ABŞ dövlət katibi razılaşmanın sonrakı mərhələsində HAMAS-ın silahsızlaşdırılmasının əhəmiyyətini vurğulayıb.

.