
Qəzza zolağında nizamlanma üçün uzunmüddətli plan terrorçulardan ibarət olmayan Fələstin texnokratik rəhbərliyinin yaradılmasını tələb edir.
Bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio "NBC News"a müsahibəsində bildirib.
O, belə bir strukturun yaradılmasını planın atəşkəsə nail olmaqdan "daha çətin" hissəsi adlandırıb.
Eyni zamanda, o, çox tez əldə edilə bilən bir nömrəli prioritetin müqavilənin digər hissəsi olduğunu vurğulayıb. M. Rubionun sözlərinə görə, bu, İsrailin sarı xəttə - İsrail qüvvələrinin avqustun ortalarında tutduğu mövqeyə geri çəkilməsi müqabilində bütün girovların azad edilməsini nəzərdə tutur.
.