
ABŞ dövlət katibi Marko Rubio “Politico”nun Ağ Evdə “Şimal axını 2” qaz kəməri ilə bağlı sanksiyaların ləğvinin mümkünlüyü barədə dərc etdiyi məqaləni uydurma adlandırıb.
Bu barədə amerikalı diplomat “X”də yazıb.
“Bu, əlbəttə ki, yalandır. Nə (ABŞ prezidentinin xüsusi nümayəndəsi) Stiven Uitkoff, nə də mən Ukrayna ilə razılaşmanın bir hissəsi olaraq Rusiyaya qarşı sanksiyaların ləğvini müzakirə etməmişik”, - Rubio sosial şəbəkə hesabında qeyd edib.
.