ARB TV-nin “SözBaz” verilişinin növbəti müsahibi müğənni Roza Zərgərli olub.

Müğənni tanıyıb peşman olduğu insanlardan danışıb:

“Birinci işlədiyim 4-5 insan var ki, onları tanıdığıma görə və onlarla bir sahədə işlədiyimə görə peşmanam. Elza ilə düşmən deyiləm. Məni yandıran insan deyil. Elza məndən yaşca böyük olan, gündəmdə qalıb 5-3 manatını qazanmaq istəyən bir adamdır. Elza bəstəkar kimi gözümdə yüksək təbəqədə ola bilər, amma ifaçı, xanım, sənət yoldaşım, rəfiqəm kimi isə yox.

Mən ona qarşı heç vaxt pis olmadım. Heç vaxt hörmətsizlik etmədim və ona heç vaxt Elza deyə müraciət də etmədim”.

Daha sonra Roza Zərgərli bədən quruluşundan danışanlara səslənib:

“Fiquramın əməliyyatla düzəldiyini tibbi dəlillərlə sübut edən adama 10 min manat verməsən məndən aşağı insan yoxdur!”.

 

.