Səmimidir, əksər şou əhli kimi danışanda sözlərinə ütü çəkmir. Buna görə də iynəli sözləri çox vaxt başına bəla olur. Amma kim nə deyir-desin, özü demişkən Yaqub kişinin, bu qara qızı sevilir də…

Röyanı deyirəm, kişilərin röyasını qarışdıran əməkdar artist Röya Ayxanı…

Yeniçağ.az-a müsahibə verən Röya ən məhrəm sirlərini açıqladı.

- Bir çox dünya ulduzları vücudlarının gözəgəlimli əzalarını sığorta etdirir. Sənin gələcəkdə belə bir fikrin varmı?

- Hələlik bu barədə düşünməmişəm. Amma gələcəkdə belə bir fikrə düşsəm, ilk növbədə, sinəmi sığorta etdirəcəm.

- Niyə məhz sinəni?

- Ona görə ki, sinəmdə xal da var, çox qəşəngdir.

- Bəs qiyməti?

- Hələ məbləği nəzərdə tutmamışam. Sinəmi zarafatla dedim. Bədənimin hansı əzasını sığorta etdirmək barədə doğrudan fikirləşməmişəm. Cünki elə bir gözəl yerim yoxdur. Amma böyük məmnuniyyətlə, səsimi sığorta etdirərdim.

- Hansı məbləğə?

- Ayyy... Çox baha. Bunu səsimdəki rəngi qorumaq üçün edərdim. Demirəm, səsim var (gülür), amma səsimin rəngi var. Amma indi gərək sığorta şirkətləri də real olsun ki, mən bu arzumu reallaşdırım.

- O rəngin qiyməti də yəqin çox başa olar?

- Əlbəttə baha, səsimi 100 milyon dollara sığorta etdirərdim.

- Bəs sinəni?

- Sən ancaq seksual suallar verirsən də (gülür). Sinəmi 50 milyona, çünki çox möhtəşəmdir.

- Səmimiyyət başına bəla olurmu?

- Yox, olmur, rahat adamam mən. Söz-söhbətləri boş verirəm.

- Cəmiyyətdə səni ən çox nə qıcıqlandırır?

- Mən Bakıya ancaq işlərimi görmək üçün gəlirəm. Heç nədən xəbər tutmuram. Buna görə çox da problemim olmur.

- Bakıda yaşamırsan ki?

- Bakıda da yaşayıram, İstanbulda da.





















.