
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev SOCAR-ın Türkiyədə fəaliyyət göstərən "Total” yanacaqdoldurma məntəqələrini alması məsələsinə münasibət bildirib.
APA-nın məlumatına görə, R. Abdullayev deyib ki, bu barədə məlumatı mətbuatdan oxuyub: "Bu məsələyə baxılacaq. Amma bu məsələyə hələ marağımız yoxdur. Bizim üçün birinci növbədə Türkiyədə inşası həyata keçirilən zavod maraqlıdır. Orada da biz yanacağın topdansatışını həyata keçirəcəyik.”
R. Abdullayev deyib ki, onlar Türkiyənin pərakəndə satış bazarını öyrənirlər: "Əsası marjanın öyrənilməsidir. "Total” yaxşı satış etsəydi bu bazardan çıxmazdı”.