“Rusiya İstintaq Komitəsinin müstəntiqləri “Nə? Harada? Nə vaxt?” oyununun Rusiyada “Kim? Harada? Nə vaxt?” intellektual oyununun tanınmış iştirakçısı, azərbaycanlı Rövşən Əsgərovun Ukraynanın “YouTube” kanalına müsahibəsində səsləndirdiyi və Rusiya Silahlı Qüvvələri barədə ifadələrinə hüquqi qiymət verəcək.

Bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib.

Qeyd edək ki, İstintaq Komitəsi ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi ilə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açıb. Moskvanın Basmannı məhkəməsi Əsgərovu qiyabi həbs edib. Moskva Şəhər Məhkəməsi həbsi qanuni hesab edib.

Rövşən Əsgərov Rusiyanı tərk edərək Azərbaycana gəlib.

.