"Rusiya üçün vacib olan Xəzəryanı ölkələrlə hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirməkdir. Biz belə sərgilərdən çox əhəmiyyətli təcrübə qazanırıq”.

TASS xəbər verir ki, bunu Rusiyanın "Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Aleksandr Mixiyev ”ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi ilə bağlı bildirib.

"Biz Xəzəryanı dövlətlərə yalnız hərbi texnika deyil, mütəxəssislərin hazırlanması, təmir və xidmətlə bağlı müxtəlif infrastruktur layihələri təklif edirik”, - o vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda "ADEX-2018” III Azərbaycan Beynəlxalq Müdafiə sərgisi açılıb. Sərgidə dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edir. Sərgi sentyabrın 27-dək davam edəcək.
.