Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu formasını hərraca çıxarıb.

36 yaşlı hücumçu Kanar arxipelaqına məxsus Palma adasında Kumbre Vyexa vulkanının püskürməsi nəticəsində zərər çəkənlərə maliyyə yardımı toplamaq üçün bu addımı atıb.

Təvrübəli forvard köynəyin üzərində "Hətta vulkanın gücü də Palma müqayisə oluna bilməz. Gözəl adaya dəstəyim" yazıb.

Auksion dekabrın 24-də baş tutacaq. Bütün gəlirlər zərərçəkənlərə yardım məqsədilə istifadə olunacaq.

Qeyd edək ki, Kumbre Vyexa vulkanının püskürməsi bu il sentyabrın 19-da başlayıb və bu günədək davam edir. Bu müddət ərzində 1 000-dən çox bina dağıdılıb, 6 000-dən çox insan təxliyə edilib.

.