Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubundan ayrılmaq istəyir.

Bu barədə tanınmış jurnalist Fabritsio Romano tvitterdə yazıb.

Onun sözlərinə görə, 36 yaşlı hücumçu komanda yoldaşlarına vidalaşmaq istədiyini bildirib. Təcrübəli oyunçu ilə İngiltərənin "Mançester Siti" klubu maraqlanır. Hazırda Turin təmsilçisi qarşı tərəfdən rəsmi təklif gözləyir.

Qeyd edək ki, Ronaldu ötən mövsüm "Yuventus"un heyətində 44 oyun keçirib, 36 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Hücumçu 2018-ci ilin iyulunda İspaniya "Real Madrid"indən 117 milyon avroya transfer olunub.

.