"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldo Pro-Liqanın 23-cü turunun "Əl-Hazem" ilə oyundan sonra futboldakı gələcəyi ilə bağlı bəyanat verib.
Jurnalist Fabritsio Romano öz sosial şəbəkə hesablarında Ronaldunun bəyanatından sitat gətirib.
"Hazırda mən Səudiyyə Ərəbistanına aidəm. Bu ölkədə çıxış etməyə davam etmək istəyirəm. O məni, ailəmi və dostlarımı qəbul etdi. Burada olduğum üçün xoşbəxtəm və qalmaq istəyirəm!", - deyə Ronaldu vurğulayıb.
* Trampdan Ronalduya müraciət: "Sən ABŞ-yə lazımsan"
Qeyd edək ki, 41 yaşlı portuqaliyalı "Əl-Hazem" ilə görüşdə dublla yadda qalıb, komandası isə 4:0 hesablı darmadağınla qalib gəlib.
.
