Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatının qrup mərhələsinin ən pis oyunçularının simvolik komandasına daxil edilib.

Bu barədə “SofaScore” statistik portalında məlumat yayılıb.

Ronaldu qrup mərhələsinin sonunda 6,37 xal toplayıb. Hücumçu üç görüşdə bir dəfə rəqib qapılarına yol topa bilib. Belə ki, portuqaliyalı oyunçu sadəcə Qana ilə oyunda penaltidən dəqiq zərbə endirib.

Ən pis oyunçular komandasına Qətər millisinin 4 futbolçusu da daxil edilib: Meşal Barşim, Homam Əhməd, Kərim Budiaf və Almoez Əli. Siyahıda həmçinin kosta-rikalılar Fransisko Kalvo və Oskar Duarte, kanadalılar Alister Conston və Tajon Buşanan, avstraliyalı Metyu Leki və Səudiyyə Ərəbistanını təmsil edən Abdulela Əl-Malki yer alıb.

.