
Romada İran-ABŞ danışıqlarının ikinci raundu başa çatıb.
Bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, danışıqların üçüncü raundu gələn həftə keçiriləcək.
Danışıqlara İran xarici işlər naziri Abbas Araqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edib.
Qeyd edək ki, İran və ABŞ arasında danışıqların ilk raundu 12 apreldə Omanda keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilib.
.