Amerikalı aktyor Toni Berton 78 yaşında vəfat edib.
Yenizaman.az xarici KİV-ə istinadən xəbər verir ki, Rokki Balboa haqqında çəkilən ilk 6 filmdə məşqçi kimi rol alan aktyor ağır xəstəliklərdən əziyyət çəkirdi.
Toni Berton "Rokki” ilə yanaşı, "Parıltı”, "13-cü bölməyə hücum” filmlərində, "Tvin Piks” serialında çəkilib.

Səhhətində yaranmış problemlərlə bağlı Toni Berton 2015-ci ildə ekranlara çıxan "Krid: Rokkinin mirası” filmində iştirak edə bilməmişdi.

.