“Qızıl Qlobus” mükafatı laureatı Hollivud aktrisası Robin Rayt əri, “Saint Laurent”in icraçı direktoru Klement Cirodetdən boşanmaq üçün məhkəməyə müraciət edib.

Onların evliliyi dörd il davam edib.

Ayrılmanın rəsmi səbəbi ər-arvad arasındakı barışmaz ziddiyyətlərdir. Belə ki, onların aralarında 22 yaş fərq var.

Qeyd edək ki, Robin Rayt “Santa Barbara” serialındakı Kelli obrazı ilə məşhurlaşıb. Bu rola görə o, 18 yaşında üç “Emmi” nominasiyası alıb.

Aktrisa ilk əri Co Perkinslə serialın çəkilişlərində tanış olub. Onun ikinci əri, aktyor və rejissor Şon Pendən iki övladı var.

Qeyd edək ki, Robin Rayt “Forest Qamp” kimi bir çox məşhur filmlərdə də iştirak edib.

.