Slovakiyanın Baş naziri Robert Fitso sui-qəsd cəhdindən sonra müalicə aldığı xəstəxanadan buraxılıb.

Bu barədə Ruzvelt xəstəxanasının yaydığı press-relizdə deyilir.

Məlumata görə, həkimlər Baş nazirin səhhətinə evdə nəzarət edirlər.

Qeyd edək ki, mayın 15-də hökumətin səyyar iclasının keçirildiyi Handlovo şəhərində 71 yaşlı Yuraj Sintula küçədə Fitsoya bir neçə dəfə atəş açıb. Yaralanan Baş nazir Ruzvelt xəstəxanasına aparılıb və orada iki əməliyyat keçirib.

 

Dindirilmə zamanı Sintula hücumu hökumətin siyasətini bəyənməməsi ilə izah edib. O, prezident seçkilərinin nəticələrindən, həmçinin, ölkə hakimiyyətinin Ukraynaya silah tədarükü ilə bağlı mövqeyindən narazı qaldığını bildirib.

Baş nazirə atəş açan şəxs adam öldürməyə cəhddə ittiham olunur. İstintaq bağlı qapılar arxasında aparılacaq.

.