Böyük Britaniya Baş naziri Rişi Sunak İsrail Prezidenti İsxak Hersoqla görüşüb.
Yenizaman İsrail mətbuatına istinadən xəbər verir ki, Prezident Hersoq və Baş nazir Sunak arasında görüş Yerusəlimdə (Qüds) prezident iqamətgahında baş tutub.
Sunak İsrail baş naziri Benyamin Netanyahu ilə də görüşəcək.
Böyük Britaniya hökumət başçısı "X" hesabında HAMAS tərəfindən girov götürülən şəxslərin ailə üzvləri ilə də görüşdüyü barədə məlumat yayıb.
“Tərəfdaşlarımızla işləyərək, biz HAMAS terrorçuları tərəfindən saxlanılan girovların azad edilməsini təmin etməkdə qətiyyətliyik”, - o vurğulayıb.
.
