Türkiyənin İstanbul şəhərində müğənni Rihannaya bənzəyən qadın insanları şoka salıb.

Karaköy rayonundakı restoranlardan birində əyləşən xanımı görənlər onunla şəkil çəkdirmək üçün növbəyə düzülüb. Qadının əlindəki tatu da eynilə Rihannadakı kimi olub.

Sosial şəbəkədə də qadının fotoları minlərlə insan tərəfindən paylaşılıb. Sosial şəbəkə istifadəçiləri də bu cür bənzərliyin möcüzə olduğunu iddia ediblər.

 

.