29 avqust 2024-cü il saat 14:00-dan 2 sentyabr saat 23:59-dək rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir.

Bu barədə DİM məlumat yayıb.

Qeyd edək ki, 2024/2025-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 685 yerdən ibarət olub. Onlardan 60 yer ATU-nun Hərbi tibb fakültəsinin məzunları üçün və 40 yer İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları üçün nəzərdə tutulub.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 17 nəfər müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).

 

Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2024, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

Müsabiqədə iştirak etmək istəyən namizədlər https://eservices.dim.gov.az/erizerez/ixtisas2/ünvanına daxil olub ixtisas seçimi edə bilərlər.

Aşağıda boş qalan plan yerləri təqdim olunur.

.