Donald Trampın baş müşaviri Brayan Lanzanın Ukrayna mövzusunda söylədiyi sözlər ABŞ-nin seçilmiş prezidentinin mövqeyini əks etdirmir.

Bu barədə “Reuters” agentliyi Trampın keçid komandasının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

“Brayan seçki kampaniyasında işləmək üçün işə götürülmüşdü”, – deyə agentlik Tramp qərargahının nümayəndəsinin sözlərini sitat gətirir. “O, prezident Tramp üçün işləmir və onun adından danışmır”.

Daha əvvəl Lanza BBC-yə bildirmişdi ki, Ukrayna ərazilərin qaytarılması barədə düşünmək əvəzinə, Trampın Rusiya ilə “realist dünya görüşünü” qəbul etməlidir. Müşavir həmçinin vurğulamışdı ki, Trampın gələcək administrasiyası Ukraynanın əks-hücum imkanlarını təmin etmək əvəzinə, məhz sülhə nail olmaq məsələsinə diqqət yetirəcək.

.