“Moskva Tehranla əməkdaşlığı gücləndirəcək, sanksiyalar buna maneə deyil”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ABŞ prezidenti Donald Trampın İrana təzyiqlə bağlı fərmanını şərh edərkən bildirib.

"Məhz bu mənada biz iranlı dostlarımızla əməkdaşlığı davam etdirmək və xalqlarımızın mənafeyinə uyğun olaraq bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı ardıcıl şəkildə gücləndirmək niyyətindəyik. Xarici təzyiqlər və sanksiyalar buna maneə deyil. Üstəlik, onlar bəzən hətta ikitərəfli təmaslarda uzun müddət davam edən nəyisə stimullaşdırır, proseslərin sürətlənməsində katalizator rolunu oynayır”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

.