"Rusiyanın iqtisadi maraqlarına zərər dəydikdən sonra onları qorumaq üçün tədbirlər görmək hüququ var".

Bunu Kremlin sözçüsü Dmitri Peskov La-Manş boğazında tankerləri müşayiət edən Rusiya döyüş gəmisi ilə bağlı sualı cavablandırarkən bildirib.

"Beynəlxalq sularda piratçılıq hallarının şahidi olmuşuq. Bu hallar Rusiya Federasiyasının iqtisadi maraqlarına zərər vurub. Buna görə də Rusiya özünün maraqlarını qorumaq üçün tədbirlər görməyə haqqı olduğunu düşünür və görəcək", - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, "The Telegraph" nəşri Rusiyanın iki tankeri müşayiət etmək üçün döyüş gəmisini La-Manşa göndərdiyini yazıb.

Qəzetin müxbiri 8 apreldə iki gəmini müşayiət edən Rusiya döyüş gəmisi ilə Admiral Qriqoroviç və onları izləyən Brtitaniya Dəniz Qüvvələrinin gəmisini müşahidə etdiyini bildirib.

Nəşrin məlumatına görə, Britaniya baş naziri Kir Starmer "kölgə donanması" neft tankerlərinin ələ keçirilməsinə icazə verib, lakin indiyə qədər heç biri ələ keçirilməyib.

Rəsmi Moskva isə gəmiləri ələ keçirmək üçün ordudan istifadə olunarsa, cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib. Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Londonu Rusiya ilə əlaqəli gəmilərə qarşı qanuni tədbirlər də daxil olmaqla, tələsik hərəkətlərə qarşı xəbərdar edib.

.