Rusiya ABŞ-a diplomatların Kiyevdən təxliyə edilməsinin vacibliyini çatdırıb.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O qeyd edib ki, xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Marko Rubioya Rusiyanın Kiyevə zərbə endirmək qərarına nəyin səbəb olduğunu izah edib.
Ryabkov ABŞ nümayəndələrinin Rusiyaya səfəri ilə bağlı hələlik heç bir razılaşma olmadığını da bildirib.
Onun sözlərinə görə, Rusiya ABŞ ilə dialoqdan imtina etmir. Rusiyalı nazir müavini yüksək səviyyəli təmasların Amerika tərəfindən asılı olduğunu vurğulayıb.
.
