"Moskva Moldovanın PUA uçuşu ilə bağlı ittihamlarını qətiyyətlə rədd edir".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Moldova xalqı üçün heç bir təhlükə yaratmır.

Zaxarova Rusiya silahlarının Moldovadan Rumıniyaya qanunsuz daşınması cəhdinə də münasibət bildirib.

O qeyd edib ki, bu, Rusiyanın günahlandırıla biləcəyi bir təxribat təşkil etmək cəhdidir.

.