
Qərb Rusiya ilə hərbi qarşıdurma siyasəti aparır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
Onun sözlərinə görə, Avropanın eskalasiya yolu ilə getdiyi göz önündədir. “Bu, Qərb ölkələrinin Ukraynanın verdiyi yardımların artmasında, oraya getdikcə daha çox uzaqmənzilli və öldürücü silahlar göndərməsində özünü göstərir. Bu, həm də NATO-nun təlimlərin sayının artdığı şərq cinahındakı hərbi-siyasi vəziyyətdə də özünü göstərir. Bu təlimlər getdikcə daha aqressiv və hücum xarakterı alır.
Əgər hərbi fəaliyyətin xarakterindən və həyata keçirilən hərbi planlaşdırmanın xarakterindən danışsaq, bu, açıq-aydın Rusiya ilə hərbi qarşıdurma siyasətidir və ümumilikdə Rusiya ilə hərbi toqquşmaya hazırlıqdır”, - rusiyalı nazir müavini vurğulayıb.