İranın müdafiə naziri Hüseyin Dehkan Səudiyyə Ərəbistanından olan nazir həmkarı Məhəmməd Bin Selmanın təhdidlərinə sərt şəkildə cavab verib.

Livanın "El Minar” telekanalına istinadən xəbər verir ki, iranlı nazir Səudiyyə Ərəbistanını darmadağın edə biləcəyini bəyan edib:
"Səudiyyə Ərəbistanı hakimiyyəti İrana qarşı çox ağılsız həmlə etməyə cəhdlər edir. Əgər İrana qarşı hər hansı hərbi təhlükə yaranarsa, Səudiyyə Ərəbistanında müqəddəs şəhərləri çıxmaqla, bir dənə də təhlükəsiz yer buraxmarıq. Məkkə və Mədinədən savayı, hər yeri darmadağın edərik”.
Xatırladaq ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd Bin Selman Suriyada baş verən müharibəni İranın daxilinə çəkməyin vacibliyini bildirib: "Elə etməliyik ki, müharibə İranın daxilində alovlansın”.(Publika)

.