“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi ilə bağlı ictimai narazılığı aradan qaldırmağa çalışır”.
Bu sözləri Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisdə müvafiq qanunvericiliyə təklif olunan dəyişikliklərlə bağlı çıxışı zamanı deyib.
Nazir bildirib ki, məqsəd taksi xidmətinin səviyyəsini yüksəltməkdir: "Sərnişinlərə saz avtomobildə hazırlıqlı sürücülərlə xidmət göstərilməsinə çalışırıq”.
Bununla yanaşı, biz taksi sürücülərinin əmək qanunvericiliyinə uyğun işləyib-yaşamasını təmin etməyə, əmək hüquqlarının təmin olunmasına səy göstəririk, - deyə Rəşad Nəbiyev vurğulayıb.
Qeyd edək ki, bazarda mövcud olacaq taksilərin qiymətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən deyil, bazarın tələb və təklifinə görə tənzimlənəcək. Eyni zamanda müvafiq qanunvericiliyə təklif olunan dəyişikliklər paketində taksilərin qiymətlərinə dair müddəalar əksini tapmayıb.
.