Zəfər Günü münasibətilə bağlı imzalanan Amnistiya Aktı digərlərindən fərqlənir.

Bunu 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-in iştirakı ilə dəyirmi masada Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Elçin Nəsibov deyib.

E. Nəsibov bildirib ki, Zəfər Günü münasibətilə imzalanan Amnistiya Aktının digərlərindən fərqi ondan ibarətdir ki, qanuni qüvvəyə minməmiş hökmlərə və ibtidai istintaq mərhələsində olan işlərə şamil ediləcək:

"Amnistiya aktının icrası 4 ay müddətində icraçı orqanlar tərəfindən başa çatdırılacaq. Amnistiya aktı ilk dəfə ağır cinayət törədilməsinə görə 6 aya qədər cəzası qalan şəxslərə də şamil olunacaq".

Amnistiya Aktına əsasən indiyə qədər 101 nəfər azadlığa buraxılıb

"Amnistiya Aktının imzalandığı günün səhəri, yəni 6 noyabr tarixində Penitensiar Xidmət üzrə 36 nəfər məhkum azadlığa buraxılıb".

Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günə qədər ümumilikdə Penitensiar Xidmət üzrə 101 nəfər məhkuma Amnistiya Aktı şamil olunub: “İndiyə qədər 101 nəfər azadlığa buraxılıb”.

.