İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəcaninin 82 yaşında vəfat etməsindən sonra ortaya atılan "öldürüldü" iddiası ölkəni qarışdırıb.

 

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, minlərlə insan Rəfsəcaninin müalicə aldığı xəstəxananın önünə yığışıb.

 

Etirazçılar Rəfsəcaninin xəstəxanada öldürüldüyünü iddia ediblər.

 

İranın səhiyyə naziri Əmir Möhsen Dayay verdiyi açıqlamada Rəfsəcaninin ölümündə həkimləri günahkar bilib: "Onun yanında şəxsi həkimləri olmayıb. Aldığım məlumatlara görə, həkimlər üzərilərinə düşən öhdəlikləri tam yerinə yetirməyiblər".

 


.