Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-nin Nyu-York şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır.
Yenizaman “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.
Məlumata görə, tərəflər BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüşürlər.
Bildirilib ki, Nikol Paşinyan sentyabrın 22-də Nyu-Yorka səfərə gedib.
Sonuncu dəfə Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyan bu il yayın əvvəlində telefonla danışıb.
.