Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə jurnalist Rauf Mirqədirovun apelyasiya şikayətinə baxılıb.
R.Mirqədirovun vəkili Elmar Süleymanov bildirib ki, apelyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, apelyasiya şikayəti Səbael Rayon Məhkəməsinin qərarından verilmişdi. Ailə üzvləri ilə görüşməsinə, telefon əlaqəsi yaradılmasına və istədiyi qəzetləri almasına müstəntiq tərəfindən qadağa qoyulması ilə bağlı məhkəməyə şikayət etmişdi. Amma şikayət təmin edilməmişdi.
Xatırladaq ki, "Ayna-Zerkalo”qəzetinin əməkdaşı R.Mirqədirov aprelin 10-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. O, CM-in 274-cü maddəsi ilə (dövlətə xəyanətdə) ittiham olunur.
.
