"Təəssüflər olsun ki, Azərbaycanda böyük cinayət törədənlər sonra xaricə gedib qarayaxma kampaniyalarında iştirak edirlər".
Bunu bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib. R. Mehdiyev deyib ki, belə insanlar yüksək mədəniyyətə malik olmadığı üçün bu yola əl atırlar: "Belə halları çox pis qiymətləndirirəm".
"Seçkilər yüksək səviyyədə keçir. Saat 17.00-a qədər seçicilərin 70 faizi səs verib".
Bunu da Ramiz Mehdiyev bildirib.
R. Mehdiyev deyib ki, bu seçkilər tarixdə vacib hadisə kimi qalacaq.
.
