Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Criminal.az saytı xəbər verir ki, Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, DİN-nin Baş Cinayət Axtarış İdarəsinin rəisi polis general-mayoru Emin Şəkinskini tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə Emin Şəkiniski Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin edilib. Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Ceyhun Həsənov bir neçə gün əvvəl pentensiar xidmətin rəisi təyin edilib. 
.