"Lütfi Zadənin səhhətində heç bir problem yoxdur, hər şey yaxşıdır”.

Bunu AzNews.az-a açıqlamasında ABŞ-da yaşayan azərbaycanlı alim, Lütfi Zadənin yaxın dostu, professor Rafiq Əliyev deyib. Rafiq Əliyevin sözlərinə görə, mediada onun vəziyyətinin pisləşməsi ilə bağlı yayılan xəbərləri oxuyandan sonra Lütfi Zadə ilə telefon əlaqəsi yaradıb:

"Düzü, mən hər həftə onunla danışıram. Dünən yayılan xəbərdən sonra, Kaliforniya vaxtı ilə gündüz saat 1-də Lütfizadənin evinə zəng etdim. Özü ilə danışdım. Biz onunla avqustun 22-23-də Budapeştdə keçirilməsi nəzərdə tutulan konfransı müzakirə etdik”.

Rafiq Əliyev bildirib ki, Lütfi Zadə səhhəti ilə bağlı Azərbaycan mediasında yayılan məlumatlardan xəbərsizdir:

"Lütfi Zadə də heç bunları eşitməsə yaxşıdır. Hər halda yaxşı məlumatlar deyil”.

Dünən Lütfi Zadənin səhhətinin pisləşməsi ilə bağlı məlumat yayılıb. Hətta, ailm Azərbaycanda dəfn edilmək arzusunu da dilə gətirib.
.