Avstriyada səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə görüşüb.
Bu barədə ABEA-nın Baş direktoru "Twitter"də bildirib.
“Türkiyənin səsi regional sabitlik və inkişaf üçün əvəzedilməzdir. Türkiyə xarici işlər naziri ilə Zaporojye AES-in mühafizəsinin əhəmiyyəti, nüvə silahlarının yayılmaması məsələləri və davamlı enerji təminatı üçün “Akkuyu” AES-in inkişafı haqqında əla fikir mübadiləmiz oldu”, - Qrossi qeyd edib.
.
