Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi Kursk AES-ə baxış keçirib.

O, Kursk AES-ə səfərinin hərbi əməliyyatların yaxınlığı və nüvə insidentinin təhlükəsi ilə bağlı olduğunu söyləyib.

Qrossinin sözlərinə görə, Kursk atom elektrik stansiyası normal rejimə çox yaxın işləyir.

Qrossi onu da qeyd edib ki, o, Kursk atom elektrik stansiyasında dron zərbələrinin izlərini görüb: "Əgər Kursk AES-ə xarici təsir olarsa, bunun nəticələri son dərəcə ciddi ola bilər".

AEBA rəhbəri Kursk AES-ə baxış keçirdikdən sonra stansiyanın yerləşdiyi Kurçatov şəhərinin sosial obyektləri ilə tanış olmağa başlayıb.

Qrossi, Kursk vilayətində nüvə insidentinin baş verməsi təhlükəsinin olduğunu bildirərək, bunun qarşısını necə alacağını rusiyalı həmkarları ilə birlikdə təhlil edəcəyini qeyd edib.

Onun dediyinə görə, Kursk AES yaxınlığında hərbi fəaliyyətlə bağlı hallar stansiyanın təhlükəsizliyi üçün narahatlıq yaradır.

Qrossi bildirib ki, Kursk vilayətindəki mümkün vəziyyəti Çernobılla müqayisə etmək hələ tezdir.

O, Zelenski ilə görüşmək üçün gələn həftə Kiyevdə olacağını da əlavə edib.

.