İspaniyalı məşhur tennisçi Rafael Nadal koronavirusa yoluxub.
35 yaşlı idmançının analiz nəticəsi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki açıq çempionatdan ölkəsinə qayıtdıqdan sonra müsbət çıxıb.
Karantinə alınan təcrübəli tennisçinin 2022-ci il 17 - 30 yanvarda Melburn şəhərində start götürəcək "Australian Open"də iştirakı sual altına düşüb.
Qeyd edək ki, hazırda dünya sıralamasında 5-ci olan Rafael Nadal Böyük Dəbilqə seriyalı turnirlərin 20 dəfə qalibi olub.
.