BMT baş katibi Antonio Quterreş İsrail-Fələstin münaqişəsinin yalnız iki dövlətli həll yolu ilə mümkün olduğunu bildirib.

Quterreş bu barədə "X" sosial səhifəsində paylaşım edib.

"Yalnlz İsrail və Fələstinin yanaşı yaşadığı iki dövlətli həll yolu Fələstin xalqının ayrılmaz hüquqlarının reallaşdırılmasını, regionda ədalətli və davamlı sülhü təmin edə bilər. Beynəlxalq ictimaiyyət bu həllə tərəfdar olmaqla bağlı tərəddüd etməməlidir", - paylaşımda deyilir.

 

Qeyd edək ki, Quterreş ondan əvvəlki paylaşımında da Qəzza zolağında 1,7 milyon insanın köçkün düşdüyünü, humanitar vəziyyətin çökdüyünü deyib və Qəzza zolağına humanitar yardımların sürətli, təhlükəsiz, maneəsiz və davamlı çatdırılmasına çağırıb.

.