Dövlət Gömrük Komitəsi iyun ayının 15-dən etibarən quru sərhədlərinin açılacağına dair məlumatları təkzib edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəisi Natiq Axundovun paylaşımında qeyd edilir ki, sərhədlərin açılmasına dair qərar Azərbaycan Resbublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir:

“Hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur. Xatırladaq ki, Dövlət Gömrük Komitəsi orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur. Media qurumlarına gömrük orqanlarının fəaliyyəti ilə bağlı informasiyalar yayımlayarkən rəsmi məlumatlara istinad etmək tövsiyə olunur”.

.