İtaliyanın "Yuventus" klubu mövsümün sonunda Leandro Paredes ilə yollarını ayıracaq.

Bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, 29 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu Fransa PSJ-sinə qayıdacaq. Turin təmsilçisi yarımmüdafiəçi üçün satın alma variantını aktivləşdirməmək qərarına gəlib.

Qeyd edək ki, Leandro Paredes cari mövsüm PSJ və "Yuventus"un heyətində 29 oyuna çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb. Argentina millisinin üzvü ötən il Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.

.