Əhali arasında "COVID 19" əleyhinə vaksinlərə tələbatın artması nəzərə alınaraq vaksinasiya məntəqələrinin sayı artırılıb.

TƏBİB-dən bildirilib ki, xidmətin əlçatanlığını təmin etmək məqsədilə 15 iyul 2021-ci il tarixindən "Yeni Klinika" Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndlərinin vurulmasına başlanacaq.

"Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərəcək.

Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçiriləcək".

.