"Rafael Cəbrayılov xəstəxanaya daxil olanda saturasiyası 60 olub".

Bu barədə "Yeni Klinika"dan bildirilib.

Qeyd olunub ki, həkimlərin ciddi səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl COVID-19-a yoluxan, həbsdə olan sabiq deputat Rafael Cəbrayılov bu gün “Yeni Klinika”da vəfat edib.

.